10:18 20-02-2020
news_image
115
FUTBOL

AFFA rəsmisi “İnter”in oyununda

Azərbaycan millisinin meneceri və AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

Apasport.az saytının məlumatına görə, UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək “İnter” (İtaliya) – “Renn” (Fransa) oyununun UEFA nümayəndəsi həmyerlimiz olacaq.

Qarşılaşma martın 3-də İtaliyadakı “Ernesto Breda” stadionunda baş tutacaq.