10:30 20-02-2020
news_image
94
FUTBOL

Əliyar Ağayev “Neftçi”nin oyununda – təyinatlar açıqlandı

Azərbaycan Premyer Liqasında XVIII turun oyunlarının təyinatları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, həftəsonu baş tutacaq qarşılaşmaları idarə edəcək hakimlərin adları açıqlanıb.

“Qəbələ” ilə “Neftçi” arasında bölgədə keçiriləcək yeganə görüş FIFA referisi Əliyar Ağayevə tapşırılıb. Lider “Qarabağ”ın “Sumqayıt”la qarşılaşması isə Vüqar Həsənliyə həvalə edilib.

Azərbaycan Premyer Liqası
XVIII tur
22 fevral (şənbə)
15:00. “Qəbələ” – “Neftçi”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu

17:00. “Keşlə” – “Zirə”
Hakimlər:
Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASK Arena”

23 fevral (bazar)
16:00. “Sabah” – “Səbail”
Hakimlər:
Rəvan Həmzəzadə, Vüqar Bayramov, Cavanşir Yusifov, Orxan Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bank Respublika Arena”

18:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər:
Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Rəhim Həsənov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tofiq Bəhramov adına Respublika Stadionu