10:38 20-02-2020
news_image
144
FUTBOL

Dadaşovun komandasından ilk qələbə

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov “Finiks Rizinq”in heyətində növbəti oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı forvardın şərəfini qoruduğu komanda “Visit Tucson Sun Cup” turnirinin II turunda “Sportinq Kanzas Siti”ni qəbul edib.

Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Rüfət matçın 73-cü dəqiqəsində, hesab 1:1 olarkən meydana daxil olub.

Turnir çərçivəsində ilk qələbəsini qazanan “Finiks Rizinq” 3 xalla 6 komanda arasında 3-cü pillədə qərarlaşır.