11:25 20-02-2020
news_image
278
FUTBOL

Azərbaycan millisinə namizədə müştəri – Türkiyədən

Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən olan Abdullah Avcıya yeni müştəri çıxıb.

Apasport.az saytının məlumatına görə, “Beşiktaş”ın sabiq çalışdırıcısı Türkiyədən təklif alıb.

Son vaxtlar uğursuz nəticələrlə diqqət çəkən “Çaykur Rizəspor” baş məşqçisini dəyişməyi planlaşdırır. İsmail Kartalla yolları ayırmağı düşünən Rizə təmsilçisində bu posta 3 namizəd var. Superliqa klubu Avcı ilə yanaşı, Aykut Kocaman və Ünal Karamana da maraq göstərir. Rəhbərlik komandanı bu 3 mütəxəssisdən birinə həvalə etmək niyyətindədir.

Qeyd edək ki, Abdullah Avcı “Beşiktaş”ın baş məşqçisi postundan yanvarda istefaya göndərilib.