12:53 20-02-2020
news_image
285
FUTBOL

Qvardiola “Barselona”ya meydan oxudu: “Səsini yüksəltmə”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Barselona”nın prezidenti Xosep Bartomeunun cavabını verib.

Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis UEFA-nın “Mançester Siti”ni 2 illik avrokuboklardan kənarlaşdırılmasını dəstəkləyən Bartomeunu tənqid edib.

O, Beynəlxalq Arbitraj Məhkəməsinin (CAS) cəzanı ləğv edəcəyinə inandığını bildirib: “Onlar məni yaxşı tanıyırlar. Əgər bizim cəzalandırılmağımızdan xoşbəxtdirlərsə, “Barselona” prezidentinə “bizə 1-2 etiraz haqqı verin” deyirəm. Səsini yüksəltmə, “Barselona”. Onlara tövsiyəm budur, çünki hamı bu işin içindədir. Ümid edirəm ki, cəzamız ləğv olunar və gələcəkdə Çempionlar Liqasında “Barselona” ilə qarşılaşarıq”.

Qvardiola həmçinin aşağı liqaya göndəriləcəkləri təqdirdə belə, qovulmadığı müddətdə “Mançester Siti”ni tərk etməyəcəyini söyləyib.