15:06 20-02-2020
news_image
564
FUTBOL

Millimizə namizəd məşqçiyə daha 2 yığmadan təklif

Azərbaycan millisinin baş məşqçisi postuna əsas namizəd sayılan Covanni De Byazi başqa komanda ilə anlaşa bilər.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssisə daha iki yığmanı çalışdırmaq təklif edilib.

64 yaşlı məşqçi Bolqarıstan Futbol Federasiyası və Kipr Futbol Federasiyasından bununla bağlı təklif alıb. Üç ildir işsiz olan De Byazi 3 milli arasında seçim edəcək.

Qeyd edək ki, məşqçilik karyerasının böyük hissəsi İtaliya ilə bağlı olan Covanni De Byazi 2011-2017-ci illərdə Albaniya yığmasına başçılıq edib.