15:44 20-02-2020
news_image
125
FUTBOL

Baş katibi şübhəli bilinir - rüşvət almaqda

PSJ-nin sahibi Nasser əl-Xelaifi cəzalandırıla bilər.

Apasport.az saytının məlumatına görə, İsveçrə Baş Prokurorluğu “BeIN Sports” idman kanalının rəhbərinin dünya çempionatı və Konfederasiyalar Kubokunun yayım hüququnu satmaqda ittiham olunduğunu açıqlayıb.

Onunla yanaşı, FIFA-nın keçmiş baş katibi Jerom Valke rüşvət almaqda və sənədləri saxtalaşdırmaqda şübhəli bilinir. Prokurorluq hesab edir ki, Valke 2013-2015-ci illərdə FİFA-dakı mövqeyindən istifadə edərək, İtaliya və Yunanıstandakı bəzi şirkətlərin gələcək illərdə beynəlxalq turnirləri yayımlamasına kömək edib. Söhbət 2018-ci ildən 2030-cu ilə qədər olan dönəmdən gedir.

FIFA-nın keçmiş baş katibinin bunun müqabilində ümumi dəyəri 1 milyon 250 min avro təşkil edən üç ödəniş aldığı bildirilir.