16:33 20-02-2020
news_image
209
FUTBOL

“Bizə ciddi ziyan vurdular” – klub rəsmisi

“Leqanes”in baş direktoru Martin Orteqa hücumçuları Martin Breytueytin “Barselona”ya transferinə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, klub rəsmisi bunun onlara böyük ziyan vurduğunu söyləyib.

Orteqa mövsümün gedişində transfer etmə qaydasının doğru olmadığını vurğulayıb: “Düşünürəm ki, "Barselona"nın yararlandığı haqsız bir qayda var. Ziyana uğrayan tərəf “Leqanes”dir. Bazar ertəsi oyunçu almaq niyyətləri barədə bizə məlumat verdilər. Yeganə seçim sərbəst qalma maddəsini aktivləşdirmək oldu. Bununla əlaqədar edə biləcəyimiz bir şey yoxdur. Çünki “Barselona” qaydalara uyğun olaraq hər şeyi etdi. Ancaq onlar bizə ciddi ziyan vurdular”.

Qeyd edək ki, “Barselona” Martin Breytueyti 18 milyon avroya transfer edib. 28 yaşlı hücumçu yeni komandası ilə 4,5 illik müqavilə imzalayıb.