17:31 20-02-2020
news_image
917
FUTBOL

Avropa Liqası tarixinin ən yaxşı 3 qolu – Birini “Neftçi”yə vurublar

“İnter” klubunun Avropa Liqası tarixində vurduğu ən gözəl 3 qol açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA “neradzurra”nın bu turnirdəki ən baxımlı qollarını müəyyənləşdirib.

Həmin toplar arasında 2012-13 mövsümündə “Neftçi” ilə görüşdə vurulan qol da var. Qrup mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionundakı matçda Azərbaycan təmsilçisi üzərində 3:1 hesablı qələbə qazanan milanlılarda 10-cu dəqiqədə Filipp Koutinyonun dabanla vurduğu qol fərqləndirilib.

Həmçinin 1997-98 mövsümündə “Latsio” ilə görüşdə Xavyer Zanetti və 2014-15 mövsümündə Fredi Quarinin “Seltik”in qapısından keçirdiyi qol ən yaxşılar sırasında göstərilib.

Qeyd edək ki, “İnter” Avropa Liqasının 1/16 final mərhələsindəki ilk oyununu bu gün Bolqarıstanda “Ludoqorets”ə qarşı keçirəcək.