18:00 20-02-2020
news_image
224
FUTBOL

Kapitanla yeni müqavilə bağlaya bilmir - “Real”

“Real” kapitanı Serxio Ramosla yeni müqavilə imzalaya bilmir.

Apasport.az saytının məlumatına görə, bunun səbəblərindən biri ölkədə 32 yaşdan yuxarı oyunçulara qoyulan maksimum 1 illik sözləşmə şərtinin olmasıdır.

“Kral klubu” ilə hazırkı anlaşması 2021-ci ilin yayına qədər olan mərkəz müdafiəçisinin həmin vaxt 35 yaşı olacaq. Bunu nəzərə alan Madrid təmsilçisi onunla yeni müqaviləyə tələsmir. Həmçinin Ramos özü də hücumçu Qaret Beyl qədər – 14 milyon avro maaş tələb etdiyi üçün danışıqlar dayandırılıb.

Qeyd edək ki, Serxio Ramos 2005-ci ildən “Real”ın formasını geyinir.