09:44 21-02-2020
news_image
258
DİGƏR NÖVLƏR

Mançesterdə Dünya Kubokunun qalibi oldu - Pərvin Məmmədov

Azərbaycan yığması Böyük Britaniyanın Mançester şəhərində parapauerliftinq üzrə keçirilən Dünya Kubokunda ilk mükafatını qazanıb. 

Apasport.az saytının məlumatına görə, millimizin heyətində Pərvin Məmmədov çıxışını uğurla başa vurub. 

49 kq çəkidə mübarizə aparan həmyerlimiz 146 kq göstərici ilə qızıl medal qazanıb. Bu qələbə idmançımızın Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şansını artırıb.