11:46 21-02-2020
news_image
296
FUTBOL

Dario Frederiko üçün Kiprdən “elçi”

"Neftçi"nin futbolçusu Dario Frederiko yayda “Neftçi”dən ayrıla bilər. 

Apasport.az saytının məlumatına görə, braziliyalı hücumçu Kiprin "Anortosis" klubunun diqqət mərkəzinə düşüb. 

Baş məşqçi Temuri Ketsbaya Frederikonu komandasında görmək niyyətindədir. Bu səbəbdən də Kipr çempionatında qızıl medallar uğrunda mübarizə aparan Famaqusta təmsilçisi yayda braziliyalıya rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Frederikonun “Neftçi” ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.