12:55 21-02-2020
news_image
408
FUTBOL

"Vidadi, Mahmud kimi futbolçularımız olsaydı, onu milliləşdirməzdilər" - Nadir Nəbiyev

"Millidə legionerlərin oynamasının heç vaxt tərəfdarı olmamışam. İndiyə kimi hansısa əcnəbinin yığmamıza lazımi xeyir verdiyini də görməmişəm".

Bunu apasport.az saytına Azərbaycan yığmasının sabiq futbolçusu Nadir Nəbiyev deyib.

Veteran futbolçu Sezar Meza Kollinin milliləşdirilməsinə münasibət bildirib. Onun sözlərinə görə, paraqvaylı yarımmüdafiəçinin əsas komandaya cəlb olunmaq variantı məcburiyyətdən atılan addımdır: “Bu gün bizdə Mahmud Qurbanov, Vidadi Rzayev, Bəxtiyar Musayev kimi futbolçular olsaydı, kiminsə vətəndaşlığını dəyişib, milliyə dəvət etməzdilər".

Nəbiyev yığma komandaya namizədlər arasında Abdullah Avcının daha yaxşı seçim olduğunu qeyd edib: "Əgər millimizə yerli məşqçi başçılıq etməyəcəksə, onda Abdullah Avcının gəlməsini istəyərdim. Kimisə yığmaya götürüb oynadacaqlarsa, qoy onda da heç olmasa türkləri gətirsinlər".

O, milli üzvü Ramil Şeydayevin Rusiya çempionatında çıxış etdikdən sonra Azərbaycana qayıdışını da şərh edib: "O, əzmkarlığı ilə xoşuma gələn futbolçudur. Ramilin "Sabah"a gəlməsi, Avropada indiki halda komanda tapa bilməməsindən irəli gəlir. Şeydayevin Avropada variantı olsaydı, Azərbaycana qayıtmazdı. Məncə, çempionat başa çatan kimi yenidən xaricə yollanacaq. Əgər onda da istədiyi komandanı tapa bilməsə, yəqin ki, yenə də çempionatımızda çıxış edəcək".