15:32 21-02-2020
news_image

Tbilisidə 10 medal

Azərbaycan idmançıları Gürcüstanın paytaxtı Tbilisidə Savat - Fransız boksu döyüş növünün Asso versiyası üzrə yeniyetmələr və gənclər arasında keçirilən beynəlxalq turnirdə 10 medal qazanıb. 

Savat və Şaolin Döyüş Sənətləri Federasiyasından apasport.az saytına verilən məlumata görə, mükafatlardan səkkizinin əyarı qızıl olub.  

Təmsilçilərimizdən Əziz Əzizli (46 kq), Elvin Qurbanov (48 kq), Ömər Rəhimov (50 kq), Həsən Həsənzadə (53 kq), Tural Baloğlanov (60 kq), Ümid Ağayev (yeniyetmə, 63 kq), Kamil Balaşov (yeniyetmə, 70 kq) və Seymur Yusifov (70 kq) bütün rəqiblərini məğlub edərək, çempion tituluna yəyələniblər. Orxan Rzalı (yeniyetmə, 46 kq) və Nəriman Vəliyev (63 kq) isə yalnız finalda uduzaraq gümüş medalla kifayətləniblər. 

Yarışda Azərbaycanla yanaşı, Gürcüstan, İran, Ermənistan və Qazaxıstan idmançıları da iştirak ediblər.