21:26 21-02-2020
news_image
189
FUTBOL

Paytaxt klublarının dueli və ya "Sumqayıt"ın 4 illik həsrəti

Sabah Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.

Apasport.az saytının məlumatına görə, qarşılaşmalar iki günü əhatə edəcək.

Turun açılış matçı Qəbədələ oynanılacaq. Şəhərin eyniadlı komandası hələ də çempionluq iddiasını davam etdirən "Neftçi"ni qəbul edəcək. Qış fasiləsindən sonra keçirdiyi hər 3 görüşdə məğlub olan bölgə təmsilçisi autsayder mövqeyindən qurtulmaq niyyətindədir. Ancaq bunun üçün komanda bir neçə matçda qalib gəlməlidir. İlk qələbəsini ötən turda əldə edən "Neftçi" isə artıq xal itirmək limitini doldurub. Son üç matçda rəqibi üzərində çətinlik çəkmədən qələbə qazanan bakılılar səfərdə oynamasına baxmayaraq, yenə cütün favoritidirlər.

Qəsəbə təmsilçilərinin duelində "Keşlə" "Zirə"ni qonaq edəcək. Mövsümün ilk yarısının sürpriz komandası olan Tərlan Əhmədovun yetirmələrini qış fasiləsindən sonra tanımaq mümkün deyil. Rəqib də ikinci yarıda eyni aqibəti yaşayır və uğursuz nəticələr onları ilk "dördlük"dən kənarda qoyub. "Keşlə"nin mümkün qələbəsi "Zirə"nin medallara ümidinin üstündən böyük ölçüdə xətt çəkə bilər. Əks təqdirdə, ev sahibləri 3-cü pillədəki mövqelərini riskə atacaqlar.

Bazar günü əvvəlcə "Sabah"la "Səbail" üz-üzə gələcəklər. Hər iki komanda 2020-ci ilə məğlubiyyətlə başlayıb, ardıcıl iki qələbə ilə davam edib. "Sabah" daha güclənmiş heyətlə mübarizə aparırsa, "Səbail"in zəifləmiş kollektivi ilk yarıdakından baxımlı təsir bağışlayır. Son pillədən qurtulan Aftandil Hacıyevin yetirmələri artıq 4-cü yerə iddia etməyə başlayıblar. Daha bir qələbə komandanı hətta turnir cədvəlinin 5-cisi edə bilər. Belə olarsa, "Sabah"ın "Səbail" üzərində ardıcıl 3 qələbə seriyasına da son qoyulacaq. Bu mənada qarşılaşmanın nəticəsi maraqla gözlənilir.

Turun son oyununda lider "Qarabağ" cari mövsüm baxımlı futbol sərgiləməsi ilə diqqət çəkən "Sumqayıt"ı sınağa çəkəcək. Ötən həftəsonu "Zirə"nin qapısından 6 cavabsız top keçirən çempion uğurlu çıxışını davam etdirmək əzmindədir. Keçən turda evdə "Sabah"a yenilməklə 3-cü yerə yaxınlaşmaq şansını qaçıran "Sumqayıt" isə "Qarabağ"dan xal almaq niyyətindədir. Ancaq bu, heç də asan görünmür. Çünki Ayxan Abbasovun kollektivi çempionatın son 8 səfər görüşündə "Qarabağ"dan xal ala bilməyib. Komanda sonuncu dəfə 4 il iki ay əvvəl - 2015-ci ilin dekabrında səfərdə heç-heçə sevinib.

Azərbaycan Premyer Liqası
XVIII tur
22 fevral (şənbə)
15:00. “Qəbələ” – “Neftçi”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
Qəbələ şəhər stadionu

17:00. “Keşlə” – “Zirə”
Hakimlər:
Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Rəşad Əhmədov
“ASK Arena”

23 fevral (bazar)
16:00. “Sabah” – “Səbail”
Hakimlər:
Rəvan Həmzəzadə, Vüqar Bayramov, Cavanşir Yusifov, Orxan Məmmədov
“Bank Respublika Arena”

18:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər:
Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Rəhim Həsənov
Tofiq Bəhramov adına Respublika Stadionu

1

Qarabağ

17

11

5

1

31-7

38

2

Neftçi

17

8

6

3

26-13

30

3

Keşlə

17

7

5

5

21-17

26

4

Sumqayıt

17

6

4

7

22-24

22

5

Zirə

17

5

5

7

21-30

20

6

Sabah

17

5

4

8

19-23

19

7

Səbail

17

5

3

9

14-26

18

8

Qəbələ

17

3

4

10

18-32

13

Bombardirlər: Stiven Jozef-Monroz ("Neftçi") - 7 qol; Lorenzo Frutos ("Keşlə"), Peyman Babayi ("Sumqayıt"), Mahir Emreli ("Qarabağ") - 6 qol.