01:28 22-02-2020
news_image
93
FUTBOL

Nazarov 90 dəqiqə oynadı, "Aue" 1 xalla razılaşdı

Almaniya II Bundesliqasında XXIII tura start verilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" səfər oyununa çıxıb.

Saksoniya vilayətinin təmsilçisi Osnabrükdə eyniadlı komanda ilə qarşılaşıb. 0:0 hesabı ilə başa çatan görüşdə meydana start heyətində daxil olan Nazarov oyunu əvəz edilmədən keçirib.

Bu nəticə ilə xal ehtiyatını 31-ə çatdıran "Aue" hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşır.