11:36 22-02-2020
news_image
129
FUTBOL

"Qol vurmaq üçün özümü evdəki kimi hiss etməliyəm" – “Keşlə”nin legioneri

"Səbirsizliklə oyunun başlamasını gözləyirəm. Çünki elə bil ki, çox uzun həftə oldu. İki məğlubiyyətdən sonra nələrisə yoluna qoymağımız lazımdır".

Bunu apasport.az saytına "Keşlə"nin futbolçusu Aleksandr Kristovao deyib.

Premyer Liqanın XVIII turunda "Keşlə" "Zirə"ni qəbul edəcək. Ev sahiblərinin hücumçusu bildirib ki, "Zirə" hesabat oyununda "Qarabağ"a 0:6 hesabı ilə uduzsa da, onlara qarşı ehtiyatlı olmalıdırlar: "Düzünü desəm, həmin oyunu izləməmişəm. Həftə ərzində "Zirə"ni yaxşı incələmişik. Rəqibi qiymətləndiririk. Oynadığımız hər komandaya qarşı bütün gücümüzü ortaya qoymalıyıq. Əks təqdirdə, hədəflərimizə çatmaq çətin olacaq”. 

Anqolalı futbolçu üç oyuna çıxıb və hələ ki, qol hesabını aça bilməyib. O, rəqib qapısına yol tapmağın yolunu tezliklə tapacağını deyib: "Meydanda olanda özümü evdəki kimi hiss etməliyəm. Məhz bundan sonra qollar gələcək. Daha asan olması üçün məşq edirəm".

Kristovao AFFA-nın milliləşdirəcəyi komanda yoldaşı Sezar Meza Kolli haqda da danışıb: "Sezar fantastik futbolçudur. Onun oyununu izləmək də xoşdur. Azərbaycan millisinə xeyir verəcəyini düşünürəm".