12:23 22-02-2020
news_image
152
FUTBOL

Həftənin futbolçusu seçildi, “Mançester Yunayted”in maraq dairəsinə düşdü

İngiltərənin “Mançester Yunayted” klubu hücum xəttini gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın ən titullu klubu Dioqo Jota ilə maraqlanır.

Mançesterlilər “Vulverhempton”un hücumçusunu yayda heyətinə qatmaq istəyir. 23 yaşlı portuqaliyalı carı mövsümün 33 matçında 12 qol vursa da, ingiltərəlilərin diqqətini çəkib.

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun komanda yoldaşının “Mançester Yunayted”ə yollanması təmsilçimizin əsas heyətə yolunun açılmasında da rol oynaya bilər. Çünki komandanın daha bir hücumçusu Adama Traore də “Real”ın hədəfindədir.

Qeyd edək ki, Avropa Liqasının 1/16 final mərhələsinin “Espanyol”la (4:0) oyununda het-trik edən Jota həftənin oyunçusu seçilib.