14:25 22-02-2020
news_image
174
FUTBOL

Millimiz İranla qarşılaşacaq – baş məşqçi açıqladı

Futzal üzrə Azərbaycan millisi İranla yoxlama oyunu keçirəcək.

Apasport.az saytının məlumatına görə, bunu Asiya təmsilçisinin baş məşqçisi Mohammad Nazemoşariya açıqlayıb.

O bildirib ki, yetirmələri Asiya çempionatına hazırlıq çərçivəsində millimizlə qarşılaşacaq. Mütəxəssis matçın dəqiq tarixini acılamayıb. Bu da onunla izah oluna bilər ki, görüşlə bağlı ilkin razılıq əldə edilsə də, detallar razılaşdırılmayıb.

Qeyd edək ki, fevralın 26-da Türkmənistanda start götürməli olan çempionat Çində yayılan koronavirus üzündən qeyri-müəyyən vaxta təxirə salınıb. Yarışın nə zaman təşkil olunacağı dəqiqləşməsə də, İran millisi hazırlıq planına uyğun yoxlama oyununu keçirməkdə maraqlıdır.