14:31 22-02-2020
news_image
113
DİGƏR NÖVLƏR

Sonuncu oldu, 3-cü pillədə qaldı – Nazim Babayev

Atletika üzrə qapalı məkanlarda dünya turunda növbəti mərhələ keçirilib.

Apasport.az saytının məlumatına görə, İspaniyanın paytaxtı Madriddə təşkil olunan yarışda Azərbaycan atletləri də qüvvəsini sınayıb.

Üçtəkanla tullanma yarışında iki idmançımız – Nazim Babayevlə Aleksis Kopello mübarizə aparıb. 10 iştirakçının sifariş olunduğu, lakin 9-nun qatıldığı turnirdə təmsilçilərimiz mükafatçılar sırasına düşə bilməyiblər.

Kopello 16,52 m göstərici ilə 7-ci yeri tutub. 15,87 m məsafəyə tullanan Babayev isə sonuncu yerdə qərarlaşıb. 1-ci pilləni isə 17,31 m göstərici ilə burkina-fasolu Huqo Fabris Zanqo tutub.

Buna baxmayaraq, dünya turunun ümumi sıralamasında 2 mərhələyə qatılan Nazim 7,00 xalla 3-cü pillədədir. Zanqo 20 xalla yarışın lideridir. Kopello isə aktivinə xal yaza bilməyib.