19:14 22-02-2020
news_image
203
FUTBOL

"Davamını gətirməliyik" - Tərlan Əhmədov

"Hər zaman qələbə xoş hisslər yaradır. Ardıcıl iki oyun məğlub olmuşduq".

Apasport.az saytının məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XVIII turunda "Zirə" ilə keçirilən oyundan sonra deyib.

Komandasının "ASK Arena"da 4:0 hesabı ilə qalib gəldiyi matçı dəyərləndirən Əhmədov məmunluğunu dilə gətirib.

49 yaşlı çalışdırıcı mətbuat konfransında istədiyi komandanı meydanda gördüyünü söyləyib: "Bu əzmkarlıq və istəyin davamını gətirməliyik. İki məğlubiyyətdən sonra kollektivi motivasiya etmək çox çətindir. Daha ağır oyunlarımız olacaq. Bu qarşılaşmanı unutmalıyıq".

Əhmədov matçın sonlarında Tural Bayramlıda yorğunluq olduğunu hiss etdiyi üçün onu Pərviz Azadovla əvəzlədiyini deyib: "Pərvizi start heyətində meydana buraxmaq istəyirdim. Pərviz hesabdan asılı olmayaraq, bu gün meydana çıxacaqdı".

Çalışdırıcı hücumçu Lorenzo Frutosun ehtiyatdan başlamasını rəqiblə əlaqələndirib: "Neftçi" ilə oyundan sonra hərarəti qalxmışdı. Frutos bir neçə məşqi buraxdı. Hələ ki, tam formada deyil. Rəqibin müdafiəsinə görə Aleksandr Kristovaoya şans verdik".