01:57 23-02-2020
news_image
384
FUTBOL

"Real" uduzdu, "Barselona" yenidən zirvədə

İspaniya La Liqasında XXV turun daha 4 oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, "Selta" son sıralarda qərarlaşan "Leqanes"i üstələyərək, təhlükəli zonanı tərk edib.

Lider "Real" ardıcıl ikinci matçda büdrəyib. Ötən həftə "Selta"nın müqavimətini qıra bilməyən "Kral klubu" bu dəfə "Levante"yə səfərdə məğlub olub. Bu da madridliləri “taxtdan” salıb.

"Real"ın xal itirməsindən yararlanan "Barselona" doğma azarkeşləri önündə "Eybar"a heç bir şans verməyib. Lionel Messinin pokerə imza atdığı qarşılaşmada kataloniyalılar rəqib qapısından 5 cavabsız top keçiriblər və yenidən liderliyi ələ keçiriblər.

"Real Sosyedad"la "Valensiya" arasındakı oyunda da meydan sahibləri aktivlərinə 3 xal yazdırıblar. Rəqibi 3 dəfə mərkəzə dəvət edən San Sebastian təmsilçisi turnir cədvəlində 4-cü pilləyə yüksəlib.

Qeyd edək ki, turun digər 5 görüşü fevralın 23-də oynanılacaq.

İspaniya La Liqası
XXV tur
22 fevral
"Selta" - "Leqanes" - 1:0

Aspas, 62
"Barselona" - "Eybar" - 5:0
Messi, 14, 37, 40, 87; Artur, 89
"Real Sosyedad" - "Valensiya" - 3:0
Merino, 12; Monreal, 45+2; Yanuzay, 48
"Levante" - "Real" - 1:0
Morales, 79

1

 Barselona

25

17

4

4

62-29

55

2

 Real

25

15

8

2

46-17

53

3

 Xetafe

24

12

6

6

36-22

42

4

 Real Sosyedad

24

12

4

8

42-31

40

5

 Atletiko

24

10

10

4

25-17

40

6

 Sevilya

24

11

7

6

31-25

40

7

 Valensiya

25

10

8

7

35-37

38

8

 Vilyarreal

24

11

5

8

42-32

38

9

 Qranada

24

10

3

11

29-31

33

10

 Levante

25

10

2

13

31-36

32

11

 Atletik

24

7

10

7

23-20

31

12

 Osasuna

24

7

10

7

31-32

31

13

 Betis

25

7

9

9

35-40

30

14

 Alaves

24

7

6

11

25-34

27

15

 Valyadolid

24

5

11

8

20-27

26

16

 Eybar

24

6

6

12

22-37

24

17

 Selta

25

5

9

11

22-34

24

18

 Malyorka

25

6

4

15

26-42

22

19

 Leqanes

25

4

7

14

18-37

19

20

 Espanyol

24

4

7

13

21-42

19