12:24 23-02-2020
news_image
109
FUTBOL

Üç oyun təxirə salındı - A seriyasında

İtaliya A seriyasının XXV turunun üç  oyunu təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bu gün keçirilməli olan “İnter” – “Sampdoriya”, “Atalanta” – “Sassuolo” və “Verona” – “Kalyari” matçları baş tutmayacaq.

Buna ölkənin gənclər siyasəti və idman naziri Vinçentso Spadaforanın qərarı səbəb olub. O, Lombardiya və Veneto regionlarındakı bütün yarışların təxirə salınmasına qərar verib. Belə addımın atılmasına koronavirusun yayılma təhlükəsi səbəb olub. Venetoda 78 yaşlı kişi, Lombardiyada 75 yaşlı qadın bu xəstəlik üzündən ölüb. Bu şəhərlərdə onlarla yoluxma halı aşkarlanıb. Ümumilikdə, İtaliyanın 10 şəhəri izolyasiya edilib.