17:09 23-02-2020
news_image
273
FUTBOL

“Sabah” antirekordu təkrarladı

Bakının “Sabah” klubu mövsümün antirekordunu təkrarlayıb.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Premyer Liqanın cari mövsümündəki qırmızı vərəqələrin sayında liderliyə şərik çıxıb.

“Səbail”lə hazırda davam edən XVIII turun matçında Yevgeni Koçuk da meydandan qovulub. Moldovalı komandanın mövsümdəki 4-cü belə oyunçusudur. Ona qədər Bəhlul Mustafazadə, Filip İvanoviç və Təmkin Xəlilzadə də intizamsızlıq nümayiş etdirib.

Cari mövsümdə “Sabah”a qədər yalnız bir komanda – “Qəbələ” bu qədər qırmızı vərəqə alıb. “Keşlə”, “Neftçi”, “Sumqayıt” və “Zirə”nin üç belə cəzası var. “Səbail” iki, “Qarabağ” cəmi 1 dəfə oyunçusunun meydandan qovulmasına üzülüb.

Qeyd edək ki, futbolçular arasında antirekord Azərbaycan yığması üçün milliləşdiriləcək Sezar Meza Kolliyə məxsusdur. İtaliya vətəndaşı olan paraqvaylı legioner artıq iki dəfə belə cəza alıb.