10:16 24-02-2020
news_image
199
FUTBOL

Qazaxıstan millimizlə oyundan imtina etdi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin planında dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, buna səbəb yoxlama görüşü üçün ortaq məxrəcə gəlinən Qazaxıstan Futbol Federasiyasının fikrini dəyişməsi olub.

Fevralın 22-dən 28-dək Bakıda təlim-məşq toplanışında olan U-19-un qazaxıstanlı həmyaşıdları ilə iki yoxlama görüşü keçirməsi planlaşdırılırdı. Hətta AFFA ilə qarşı tərəf arasında öncədən razılıq da əldə olunub. Lakin qazaxlar son anda paytaxtımıza gəlməkdən imtina ediblər.

Bu da millimizin hazırlıq proqramına təsirsiz ötüşməyib. AFFA qısa müddətdə başqa milli ilə anlaşmağın çətin olduğunu başa düşdüyündən, U-19 yerli klublarla görüşməklə kifayətlənməli olacaq. Baş məşqçi Samir Əliyev yetirmələrini fevralın 25-də “Keşlə”nin, 28-də isə “Neftçi”nin ikinci komandası ilə yoxlama görüşündə sınayacaq.

Qeyd edək ki, U-19-un təlim-məşq toplanışında 23 futbolçu iştirak edir.