11:30 24-02-2020
news_image
246
FUTBOL

“Qarabağ”dan imtina edən futbolçu klub axtarır

Qış transfer dönəmində “Qarabağ”ın təklifini qəbul etməyən “Rayo Valyekano”nun yarımmüdafiəçisi Coni Montiel klubunu dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı orta sahə oyunçusu mövsümün sonunda “Rayo Valyekano”nu tərk edəcək.

Azərbaycanda oynamaq istəmədiyi üçün ötən ay “Qarabağ”a “yox” cavabını verən ispaniyalı yayda azad agent statusuna malik olacaq. Bu isə o deməkdir ki, Montiellə artıq danışıq aparmaq memkendür. Ağdam təmsilçisi hələ də ondan əlini üzməyib və keçidə razı salmağa çalışır. Ancaq futbolçunun İspaniyada qalmaq ehtimalı daha yüksək qiymətləndirilir. Çünki Montielin xidmətində maraqlı olan “Saraqosa” ilə danışıqları müsbət məcrada davam edir.

Qeyd edək ki, Coni Montiel İspaniyanın U-17, U-18 və U-19 yığmasının formasını geyinib.