12:29 24-02-2020
news_image
82
FUTBOL

Futbolçunun başı yarıldı – oyun vaxtı

Türkiyə futbolunda xoşagəlməz hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, həvəskarlar liqasında keçirilən “Yeni Sanayispor” – “Etispor” matçında meydan sahiblərinin futbolçusu Anıl Çelik ağır zədə alıb.

Rəqibin qapıçısı ilə toqquşan oyunçunun başı yarılıb. Dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılan Anıl əməliyyat edilib. Həkimlər başda ciddi yarıq olduğunu, eyni zamanda bəzi sümüklərin qırıldığını söyləyiblər.

Hazırda reanimasiyada yerləşdirilən Anıl Çelikin həyati təhlükəsinin davam etdiyi bildirilib.