13:21 24-02-2020
news_image
1949
DÖYÜŞ NÖVLƏRİ

Elvin Məmişzadə Azərbaycan millisində

Boks üzrə qadınlardan ibarət Azərbaycan millisində yeni məşqçi təyinatı rəsmiləşib. 

Apasport.az saytının məlumatına görə, 29 yaşlı Elvin Məmişzadəyə yığmamızın böyük məşqçisi vəzifəsi həvalə edilib. 

Dünya çempionu və Avropa Oyunlarının qalibi baş məşqçi Elbrus Rzayevin əsas köməkçisi funksiyasını yerinə yetirəcək. Artıq o, Olimpiya Təsnifat Turnirləri üçün hazırlaşan komandamızın düşərgəsinə qoşulub. 

Qeyd edək ki, Elbrus Rzayevin yetirməsi olan E. Məmişzadə 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının və Dohada təşkil olunan dünya çempionatının qalibi adına yiyələnib. Onun medal kolleksiyasında Avropa çempionatının gümüş (2010, Moskva) və bürünc (2013, Minsk) mükafatları da var.