14:09 24-02-2020
news_image
77
FUTBOL

“Real”da növbəti itki – o da “El Klasiko”nu buraxacaq

“Real” “Barselona” ilə oyunöncəsi daha bir futbolçusunu itirib.

Apasport.az saytının məlumatına görə, Eden Azardan sonra digər hücumçu Rodriqonun da “El Klasiko”nu buraxacağı dəqiqləşib.

Buna səbəb braziliyalı gənc oyunçunun cəzalı duruma düşməsidir. “Real”ın ikinci komandası olan “Kastilya”nın heyətində III liqada “San Sebastian Reyes”lə qarşılaşmada (2:0) fərqlənən Rodriqo qol sevincini rəqibin qapıçısı qarşısında etdiyi üçün ikinci sarı vərəqə ilə meydandan qovulub. Bu üzdən o, növbəti matçda iştirak etməyəcək.

Qeyd edək ki, La Liqanın XXVI turu çərçivəsində keçiriləcək “Real” – “Barselona” görüşü martın 1-də olacaq.