15:26 24-02-2020
news_image
177
FUTBOL

“Real”ın uğurlarını təkrarlamaq istəyirik” – Pep Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”la keçiriləcək ilk oyuna münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis rəqibdən çəkindiklərini etiraf edib.

Ancaq Qvardiola Çempionlar Liqasını qazanmağı hədəflədiklərini və “Real”ı mübarizədən kənarlaşdırmaq arzusunda olduqlarını söyləyib: “Real” məni inanılmaz dərəcədə sevindirir. Özümüzü Çempionlar Liqasını qazanacaq kimi hiss edirik. 180 dəqiqə ərzində ən yaxşı futbolumuzu göstərməyə çalışacağıq. Belə bir rəqiblə matçda bu, əsl sınaqdır. “Real”ı təqlid etmək və uğurlarını təkrarlamaq istəyirik”.

Qeyd edək ki, “Real”la “Mançester Siti” arasında ilk oyun fevralın 26-da keçiriləcək.