15:30 24-02-2020
news_image
75
FUTBOL

Giqqz Qurban Qurbanovla görüşdü

AVRO-2020-nin qrup mərhələsinin oyunlarını Bakıda keçirəcək Uels millisinin nümayəndə heyəti Bakıdadır.

Apasport.az saytının məlumatına görə, Britaniya təmsilçisinin baş məşqçisi Rayan Giqqz bu gün ilk olaraq Tofiq Bəhramov adına Respublika stadionu, daha sonra isə “Qarabağ”ın bazası və "Azərsun Arena"da olub.

Ağdam klubunun baş meneceri Asif Əsgərov tərəfindən "Mançester Yunayted"in əfsanəsinə adı yazılmış "Qarabağ"ın forması hədiyyə olunub.

Giqqz sonda komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşüb, qısa fikir mübadiləsi aparıb.