15:56 24-02-2020
news_image
206
TOP OYUNLARI

İkinci dövrə başlayır – Azərbaycan çempionatlarında

Azərbaycan Super Liqasında və Yüksək Liqasında II dövrənin start vaxtı dəqiqləşib. 

Apasport.az saytının məlumatına görə, komandalar ölkə çempionatının ikinci yarısına fevralın 25-də başlayacaqlar. 

Həmin gün Yüksək Liqada “Express” “Neftçi” ilə üz-üzə gələcək. Saat 15:00-da start götürəcək oyun “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq.

Fevralın 25-də Super Liqa çərçivəsində isə iki qarşılaşma oynanılacaq. Öncə - saat 15:00-da “Murov”la “Azərreyl” münasibətinə aydınlıq gətirəcək. Bu görüşdən 3 saat sonra isə meydana “Mübariz”lə UNEC çıxacaqlar. 

Hər iki matç Dərnəgül Voleybol Mərkəziində olacaq.

Qeyd edək ki, “Murov” – “Azerreyl” oyunu “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.