17:47 24-02-2020
news_image
320
FUTBOL

İstefaya göndərilir - Quti

“Real”ın əfsanəvi futbolçusu Quti Ernandes “Almeriya”nın baş məşqçi postunu tərk edəcək.

Apasport.az saytının məlumatına görə, Sequnda klubu 44 yaşlı mütəxəssisin fəaliyyətindən məmnun deyil.

Son 5 görüşdə qələbə qazana bilməyən “Almeriya” bunun yalnız 2-də heç-heçə edə bilib. Komandanın çıxışından razı qalmayan rəhbərlik Qutini istefaya göndərməyi planlaşdırır. Klubun bu ayrılığı tezliklə rəsmən açıqlaması gözlənilir.

Qeyd edək ki, Quti “Almeriya”nın “sükanı arxası”na ötən il keçib.