12:06 25-02-2020
news_image
145
FUTBOL

PSJ-də daha 2 itki – biri mövsümü başa vurdu

PSJ daha iki futbolçusunun xidmətindən məhrum olub.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Tiaqo Silva və yarımmüdafiəçi Ander Errera Liqa1-in XXVI turunda “Bordo” ilə görüşdə (4:3) zədələnib.

Həkimlər hər iki oyunçunun durumunun ciddi olduğunu açıqlayıblar. 35 yaşlı Silva üç həftə, 30 yaşlı Errera isə 3 ay komandadan ayrı qalacaq. İkinci üçün mövsüm artıq başa çatıb. Errara kimi, kapitan da Çempionlar Liqasının 1/8 final mərhələsində Dortmund “Borussiya”sı ilə cavab görüşünü buraxmalı olacaq.

Onlarla yanaşı, müdafiəçi Toma Menye və yarımmüdafiəçi Marko Verratti də sarı vərəqə limitini doldurduqları üçün cavab görüşündə iştirak etməyəcəklər.

Qeyd edək ki, PSJ – “Borussiya” oyunu martın 11-də “Park de Prens”də keçiriləcək. Dortmunddakı ilk qarşılaşmada almanlar 2:1 hesablı qələbə qazanıblar.