13:37 25-02-2020
news_image
71
FUTBOL

“Yuventus” – “İnter” oyunu azarkeşsiz keçiriləcək

İtaliya A seriyasının altı oyunu azarkeşsiz keçiriləcək.

Apasport.az saytının məlumatına görə, XXVI turun koronavirusun yayıldığı bölgələrdə keçirilməli olan matçları qapalı tribunlar önündə baş tutacaq.

Bunu idman naziri Vinçentso Spadafora da təsdiqləyib. Turun mərkəzi oyunu olan “Yuventus” – “İnter” matçı da azarkeşlərsiz təşkil olunacaq.

Eyni qərar “Udineze” – “Fiorentina”, “Milan” – “Cenoa”, “Parma” – “Spal”, “Sassuolo” – “Spal” və “Sampdoriya” – “Verona” qarşılaşmalarına da şamil olunacaq.