14:59 25-02-2020
news_image
346
FUTBOL

"Azərbaycan klublarından təklif gələrsə, dəyərləndirərəm" - yığmamızın futbolçusu

"Yomraspor"da işlərim yaxşı gedir. Oyunlara çıxıram. Azərbaycan klublarından təklif almamışam. Amma matçları izləyirlər".

Bunu apasport.az saytına Azərbaycanın millisinin (U-21) futbolçusu Doğukan Öksüz deyib.

Yığmamızın aparıcı üzvü karyerasını ölkəmizdə davam etdirmək istədiyini etiraf edib. O, gələcək təklif əsasında qərar verəcək: "Azərbaycanda bütün klubların səviyyəsi yaxşıdır. Premyer Liqanı izləyirəm. Yığmada komanda yoldaşlarım olan futbolçuların oyunlarına da baxıram. Azərbaycan klubların təklif olarsa, hər şey şərtlərdən asılı olacaq. Yəni xidmətimdə maraqlı olsalar, dəyərləndirə bilərəm".