
Avropanın milli futbol liqalarında ən az qol buraxan komandaların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” qitənin 5 ən yaxşısı sırasında yer alıb.
Premyer Liqanın arxada qalan 18 turunda Ağdam klubu cəmi 7 qol buraxıb. Çempionatın lideri hər oyunda orta hesabla 0,39 qola üzülüb.
Bu, Avropa ölkələrinin yüksək liqalarında 4-cü göstəricidir. Qurban Qurbanovun yetirmələri cəmi 3 komandadan geri qalır.
Cədvələ Çexiya təmsilçisi “Slaviya” başçılıq edir. Praqa klubu kimi Təl-Əviv “Makkabi”si və “Olimpiakos” da “Qarabağ”ı üstələyir. Avropanın digər komandaları isə Azərbaycan çempionuna həsəd apara bilər.
Avropa liqalarında ən az qol buraxan 5 komanda
1. “Slaviya” (Çexiya) – 0,23 (5/22)
2. “Makkabi” (Təl-Əviv, İsrail) – 0,28 (7/25)
3. “Olimpiakos” (Yunanıstan) – 0,36 (9/25)
4. “Qarabağ” (Azərbaycan) – 0,39 (7/18)
5. “Lüdoqorets” (Bolqarıstan) – 0,41 (9/22)