22:00 25-02-2020
news_image
121
FUTBOL

Ölkə çempionatının 3 turu təxirə salındı - koronavirusa görə

Yaponiyada bir sıra idman yarışları təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb ölkədə koronavirusun yayılmasıdır.

Təşkilatçılar bu gün keçirilən iclasda bəzi yarışlar kimi, futbol üzrə ölkə çempionatının da oyunlarını təxirə salıblar. Konkret olaraq, fevralın 28-dən martın 15-dək təşkil edilməsi nəzərdə tutulan 2, 3 və 4-cü turların matçları qeyri-müəyyən vaxta keçirilib. Satılan biletlər isə etibarlılığını qoruyacaq.

Qeyd edək ki, koronavirusa görə bir neçə ölkədə idman tədbirləri təxirə salınıb.