22:04 25-02-2020
news_image
97
AVRO-2020

İsveçrə millisini Bakıya gətirəcək baş məşqçi bilindi

İsveçrə Futbol İttifaqı milli komandanın baş məşqçisi məsələsinə aydınlıq gətirib.

Apasport.az saytının məlumatına görə, ittifaq hazırkı çalışdırıcı Vladimir Petkoviçlə yoluna davam etmək qərarına gəlib.

2014-cü ildən yığmanı çalışdıran 56 yaşlı mütəxəssislə hətta yeni müqavilə də imzalanıb. Bağlanan sazişə əsasən, Petkoviç DÇ-2022-nin sonuna qədər komandanın "sükanı arxası"nda dayanacaq. Ancaq komanda dünya çempionatına vəsiqə qazana bilməsə, ittifaqın müqaviləyə xitam vermək hüququ olacaq.

Qeyd edək ki, İsveçrə millisi AVRO-2020-də İtaliya, Türkiyə və Uelslə A qrupunda mübarizə aparacaq. Komanda italyanlarla Romada, digər iki rəqiblə isə Bakıda üz-üzə gələcək.