00:07 26-02-2020
news_image
242
FUTBOL

Manenin qiyməti açıqlandı - "Barselona" istəyir

"Liverpul"un hücumçusu Sadio Mane mövsümün sonunda "Barselona"ya keçə bilər.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun yay transfer variantlarından biri də seneqallı forvarddır.

Ulduz futbolçunun transfer qiyməti də artıq açıqlanıb. 28 yaşlı oyunçunun sərbəst qalma məbləği 160 milyon avrodur. Ancaq "Barselona" onu ən yaxşı halda 260 milyona transfer edə bilər. Çünki Koutinyonun keçidi zamanı klublar arasında əldə olunan razılığa əsasən, İspaniya təmsilçisi 2021-ci ilin yayına qədər "Liverpul"dan kimi almaq istəsə, onun transfer qiymətindən 100 milyon avro artıq ödəniş etməlidir.

Qeyd edək ki, cari mövsüm Premyer Liqada 24 matçda iştirak edən Sadio Mane 13 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.