01:43 26-02-2020
news_image
268
FUTBOL

Bir günə 800 min izləyicisi topladı - Ronaldonun oğlu

Portuqaliya millisinin və İtaliya “Yuventus”unun ulduz futbolçusu Kriştianu Ronaldonun oğlu instaqramda özünə səhifə açıb.

Apasport.az saytının məlumatına görə, hücumçunun böyük oğlunun səhifəsi bir gündə 800 min izləyici toplayıb.

Onun səhifədəki ilk paylaşımı olan salamlama videosu da böyük marağa səbəb olub. Görüntü 2,8 milyon dəfə izlənib.

Qeyd edək ki, bir müddət əvvəl instaqramdakı izləyici sayında 200 milyonu keçən ata Ronaldo bu göstəricidə rekordçudur.