11:24 26-02-2020
news_image

Kindzerska irəlilədi, Orucov yerində saydı

Cüdoçuların dünya reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının 5 üzvü öz çəki dərəcəsində planetin 10 ən yaxşısı arasında yer alıb.

Ən yaxşı təmsilçilərimiz Rüstəm Orucov (73 kq) və İrina Kindzerskadır (+78 kq). Onların hər ikisi öz çəkisində 2-ci yerdə qərarlaşıb. 5877 xala malik Rüstəm ötən siyahı ilə müqayisədə mövqeyini qoruyubsa, aktivində 5914 xal olan xanım idmançı 2 pillə irəliləyib.

Hidayət Heydərov əvvəllər çıxış etdiyi 73 kq çəki dərəcəsində 4441 xalla 4-cü sırada qalıb. Lakin cüdoçu indi mübarizə aprdığı 81 kq çəkidə 93-cüdür – 436 xal. 

Bir addım geriləyən Məmmədəli Mehdiyev (81 kq) 4334 xalla 6-cı yerə enibsə, Elmar Qasımov (100 kq) 6 pilləlik irəliləyişə nail olub. 4110 xala malik cüdoçu hazırda 8-cidir.

Digər cüdoçularımıza gəlincə, ikinci “onluq”da üç təmsilçimiz yer alıb. Zelim Kotsoyev (100 kq) 3545 xalla 14-cü, Uşanqi Kokauri (+100 kq) 2911 xalla 16-cı, Nicat Şıxəlizadə (66 kq) 2672 xalla 20-cidir.