11:27 26-02-2020
news_image
182
FUTBOL

Dadaşovun assisti “Vulverhempton”a kömək etmədi

İngiltərə Premyer Liqa Kubokunda qrup mərhələsinin son oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton”un U-23 komandası axırıncı görüşündə “Derbi”ni qəbul edib.

Renatın 90 dəqiqə meydanda olduğu qarşılaşmada qonaqlar qələbə qazanıblar. Halbuki 34-cü dəqiqədə həmyerlimizin məhsuldar ötürməsini Teylor Perri dəqiq tamamlayaraq hesabı açıb. “Derbi” ikinci hissədə 3 qol vuraraq, səfərdən 3:1 hesablı qalibiyyətlə dönüb.

Bu nəticədən sonra H qrupunu 9 xalla ikinci pillədə tamamlayan “Vulverhempton” pley-off mərhələsinə vəsiqə qazanıb.