13:04 26-02-2020
news_image
80
FUTBOL

“Çelsi” Oblak üçün təklif göndərdi – 30 milyon və Kepa

İngiltərənin “Çelsi” klubu heyətini yeni qapıçı ilə gücləndirməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi İspaniya “Atletiko”sunun qolkiperi Yan Oblakı transfer etmək niyyətindədir.

Premyer Liqa klubu artıq bu istiqamətdə danışıqlara da start verib. “Çelsi” 27 yaşlı sloveniyalı əlcək sahibi üçün 30 milyon avro və indiki qapıçısı Kepa Arisabalaqani təklif edib. İspaniyalı qolkiperdən narazı olan londonlular onu daha güclü qapıçı ilə əvəzləməyi daha məqsədəuyğun sayır.

Qeyd edək ki, Kepa 2018-ci ilin yayında “Atletik”dən transfer olub. 80 milyon avroya başa gələn qolkiper futbol tarixinə ən bahalı qapıçı kimi düşüb. Oblakın “Atletiko” ilə müqaviləsi isə 2023-cü ildə başa çatacaq.