15:08 26-02-2020
news_image
103
FUTBOL

“Real”la oyuna hazırdır – Rahim Sterlinq

“Mançester Siti”nin hücumçusu Rahim Sterlinq Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”la keçiriləcək ilk oyunda iştirak edə biləcək.

Apasport.az saytının məlumatına görə, bunu “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola deyib.

İspaniyalı mütəxəssis ulduz futbolçunun bugünkü qarşılaşmada heyətdə yer alacağını söyləyib: “Rahim formadadır. O, “Vest Hem” və “Lester”lə matçda da oynamaq istəyirdi. Ancaq həkimlər çıxış etməməsini məsləhət gördülər. “Real”la görüşə tam hazırdır”.

Qeyd edək ki, Sterlinq iki həftə əvvəl “Tottenhem”lə Premyer Liqa matçında (0:2) zədələnmişdi. “Real” – “Mançester Siti” oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.