15:33 26-02-2020
news_image
119
FUTBOL

Bir oyunluq forma – 120 illik üçün

“Bavariya” Almaniya Bundesliqasının XXV turunda “Auqsburq”la matça yeni istehsal edilmiş forma ilə çıxacaq.

Apasport.az saytının məlumatına görə, komanda həmin formanı yalnız bu oyunda geyinəcək.

Çünki “Adidas” tərəfindən yeni hazırlanmış geyim dəstindən klubun 120 illik yubileyi münasibətilə istifadə ediləcək. 1990-cı ildən fəaliyyət göstərən Münhen təmsilçisinin sabah yaranmasının 120 illiyi tamam olacaq.

Qeyd edək ki, “Bavariya” – “Auqsburq” matçı martın 8-də keçiriləcək.