16:08 26-02-2020
news_image
180
DİGƏR NÖVLƏR

İki idmançımız dünya çempionatına yollanacaq – hələ koronovirus təhlükəsi yoxdur

Kanadanın Monreal şəhərində keçiriləcək fiqurlu konkisürmə üzrə dünya çempionatının iştirakçılarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, martın 16-22-də təşkil olunacaq yarışda Azərbaycan yığması iki idmançı ilə təmsil olunacaq.

Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında qüvvəsini sınayacaq. Hər iki idmançı martın 2-8-də keçiriləcək gənclərin dünya çempionatında çıxış etdikdən sonra böyüklərin yarışında mübarizə aparacaq.

Beynəlxalq Konkisürmə İttifaqı (İSU) Monrealdakı mundialın koronavirus səbəbindən baş tutmaması ehtimalına da aydınlıq gətirib. Qurumun vitse-prezidenti Aleksandr Lakernik bildirib ki, hazırda turnirin keçirilməsi üçün təhlükə yoxdur: “Koronavirusla bağlı vəziyyət dünya çempionatının Monrealda keçirilməsi üçün hələlik təhlükə kəsb etmir”.