17:55 26-02-2020
news_image
184
FUTBOL

Kralın oğlundan “Mançester Yunayted”ə təklif

Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd ibn Salman “Nyukasl”ın səhmlərini almaq fikrindən vaz keçib.

Apasport.az saytının məlumatına görə, ölkənin müdafiə naziri diqqətini yenidən Premyer Liqanın digər klubu “Mançester Yunayted”ə yönəldib.

345 milyon funt-sterlinqlik təklifi “Nyukasl” rəhbərliyi qəbul etməyincə, bunda israr etməyən 35 yaşlı vəliəhdin nümayəndələri Mançester klubu ilə danışıqlara başlayıb. İşləri yolunda getməyən və ziyana uğrayan “mankunianlar”ın sahibi klubun səhmlərini satmağın əleyhinə deyil.

Qeyd edək ki, Məhəmməd ibn Salmanın bir müddət əvvəl “Mançester Yunayted”in səhmlərinə qarşılıq 3 milyard funt-sterlinqlik təklifi qəbul edilməmişdi.