23:04 26-02-2020
news_image
141
FUTBOL

“Reyncers” ilk 1/8 finalçı oldu

Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start verilib.

Apasport.az saytının məlumatına görə, bu gün bir matç baş tutub.

Yeganə qarşılaşma Portuqaliyada keçirilib. Yerli “Braqa” “Reyncers”i qəbul edib.

Ötən həftə Şotlandiyada qalib gələn Qlazqo təmsilçisi yenə meydandan qələbə ilə ayrılıb. Hər iki matçda rəqibini məğlub edən “Reyncers” 1/8 finala yüksələn ilk komanda olub.

Qeyd edək ki, cavab oyunlarına sabah yekun vurulacaq.

Avropa Liqası
1/16 final, cavab oyunu
26 fevral
21:00. “Braqa” (Portuqaliya) – “Reyncers” (Şotlandiya) – 0:1

Kent, 61
İlk oyun – 2:3