09:20 27-02-2020
news_image
245
FUTBOL

Həftənin futbolçusu adına namizədlər açıqlandı - ÇL-də

Çempionlar Liqasında 1/8 final mərhələsinin ikinci həftəsinin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, baş tutan 4 qarşılaşmadan sonra UEFA mükafatın 4 iddiaçısını müəyyənləşdirib.

Bunlar Kevin De Bruyne (“Mançester Siti”), Serxio Buskets (“Barselona”), Serj Qnabri (“Bavariya”) və Ussem Ayadır (“Lion”). 

Çempionlar Liqasında həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək. Ən yaxşının adı fevralın 28-də açıqlanacaq.